“Azəriqaz” İB rəhbərliyinin Xızı və Siyəzən sakinləri ilə görüşü olacaq

  • By admin
  • 06 May 2023 18:06

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Xızı rayonunda vətəndaş qəbulu keçiriləcək.

8 may saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Xızı və Siyəzən sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050 845 73 13; 023 31 5 04 53) müraciət edə bilərlər.

Gununsesi.info