“Azəriqaz” İB yanında İctimai Şuranın iclası keçirilib - FOTOLAR

  • By admin
  • 27 Dekabr 2022 19:00

SOCAR “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın bu il üçün sonuncu iclası keçirilib.

Hesabat xarakterli iclasda Şura üzvləri ilə yanaşı, Birliyin rəhbər şəxsləri də iştirak ediblər. Eyni zamanda bir sıra mühüm məsələlər iclasın gündəliyinə salınaraq müzakirəyə çıxarılıb. Müzakirələrin nəticəsi olaraq Şura üzvləri fəaliyyətləri zamanı müəyyən etdikləri bir sıra problemlərin həlli istiqamətində növbəti ildə atılacaq addımlarla bağlı razılığa gəliblər.

Tədbir çərçivəsində Birlik rəhbərliyi tərəfindən Şuranın şəffaf fəaliyyətinə verdiyi yüksək dəyər ifadə olunub. Sonda iclas “Azəriqaz” İB-nin rəhbər şəxslərinin iştirakı olmadan davam edib.

Növbəti ilin fəaliyyət planının detalları qapalı olaraq müzakirə mövzusu olub.

Gununsesi.info