“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir

  • By admin
  • 15 Yanvar 2023 11:53

Növbəti həftə (16-17.01.2023 və 19.01.2023 tarixləri) daha 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Lerik rayonunda (Mədəniyyət Mərkəzi), 2-ci günü saat 13:00-dan 14:00-dək Astara rayonunda (Mədəniyyət Mərkəzi), 4-cü günü saat 11:00-dan 12:00-dək Cəlilabad rayonunda (Heydər Əliyev Yaradıcılıq Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info