“Azəriqaz” media və QHT nümayəndələri ilə növbəti görüş keçirəcək

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası yanvarın 6-da başlayacaq. 

Gununsesi.info xəbər verir ki, görüşdə SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentlərə göstəriləcək elektron xidmətlər barədə media nümayəndələrinə ətraflı məlumat veriləcək.

Aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir

Gununsesi.info