“Azəriqaz” onlayn vətəndaş qəbulu keçirəcək

  • By admin
  • 28 Oktyabr 2021 14:08

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu oktyabr ayının 29-da saat 12:00-da keçiriləcək.

Gununsesi.info xəbər verir ki, baş direktor Ruslan Əliyev İmişli rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Neftçala rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Salyan rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Gununsesi.info