“Azəriqaz” rəhbərliyi Füzulidə vətəndaşları dinləyib

Vətəndaşların qaz təsərrüfatına dair problem və təkliflərinin yerindəcə dinlənilməsinə xidmət edən “Səyyar qəbul otağı” Füzuli sakinlərinin ixtiyarında olub.

Keçirilən görüşdə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Əsaslı-təmir şöbəsinin rəis müavini Məsləhət Yunusov və Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların müraciətlərini dinləyiblər.

Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, işə qəbul, fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin qazlaşdırılması, mənzilə əlavə 2-ci qaz sayğacının quraşdırılması ilə bağlı olub.

Daxil olan müraciətlər araşdırılaraq Birlik tərəfindən müvafiq işlərin görülməsi məqsədi ilə qeydlər aparılıb,vətəndaşlara lazımi izahatlar verilib.

Gununsesi.info