“Azəriqaz” rəhbərliyi Milli Media Günündə jurnalistləri mükafatlandırıb

  • By admin
  • 22 İyul 2022 13:09

22 İyul – Milli Mətbuat Günü münasibətilə “Azəriqaz” İB-də jurnalistlərlə görüş keçirilib.

Gununsesi.info-nun xəbərinə görə tədbirdə “Azəriqaz İstehsalat Birliyi”nin baş direktoru Ruslan Əliyev rəhbərlik etdiyi qurumla media nümayəndələrinin əməkdaşlığından danışıb və məmnunluğunu ifadə edib.

“Azərbaycan media nümayəndələrini dostlarımız hesab edirik” deyən baş direktor jurnalistlərin daim dəstəyini hiss etdiyini bildirib.

“Bu günə qədər hansısa media nümayəndəsi mənə şəxsi işimlə bağlı müraciət etməyib. Bu insanlar maksimum hansısa vətəndaşın problemini qaldırmağa, müsbət həllə çalışır “, – deyə Ruslan Əliyev bildirib.
Tədbirin sonunda jurnalistlər mükafatlandırılıb və xatirə foto çəkilib.

Məhluqə
Gununsesi.info