“Azəriqaz”dan daha bir sosial addım

  • By admin
  • 14 May 2021 14:51

“Azəriqaz” İstehsalat Birliyi daha bir qazi ailəsinin müraciətini təmin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilir ki, Elşad Nəbiyev 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. O, Tərtər istiqamətində piyada əleyhinə minaya düşərək sağ ayağından ağır yaralanıb. Qazinin müraciəti əsasında Ağstafa rayonunda yerləşən fərdi yaşayış evi təbii qazla təmin olunub.

Gununsesi.info