“Azəriqaz”dan vətəndaşları aldadan açıqlama: - "Təxirəsalınmaz tədbirlər görülür"

  • By admin
  • 17 Oktyabr 2016 13:25
qaz 
Son iki gündə ölkədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində əhali qaz və elektirk təchizatında  ciddi problemlərlə üzləşib. Oktyabrən 15-dən etibarən Abşeronun və  paytaxt Bakının bir sira yaşayış massivlərində elektrik və qazın verilişində ciddi problemlər yaranıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik.
 
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev yaranmış vəziyyətlə olaraq Gununsesi.info-ya açıqlamasında bildirdi ki, yaranmış problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. “Artıq demək olar ki, problemlər aradan qaldırılıb və qaz verilişi bütün yaşayış massivlərinə bərpa olunub”- deyə, İ. Kərbəlayev vurğulayıb.
Onun sözlərinə görə, havaların kəsin dəyişməsi nəticəsində  əhalinin təbii qaza olan tələbatı  dəflərlə artıb və bu da sistemdə müəyyən problemlərə səbəb olub. “Odur ki, Çağrı Mərkəzlərimizə daxil olunan müraciətlər əsasında əməkdaşlarımız tərəfindən tənzimləmə işləri aparılır  və çatışmazlıqlar aradan qaldırılır. Daxil olan zənglərə əsasında harada problem varsa  oradakı vəziyyət öyrənilir  və çatı.mazlıqları qısa zamanda aradan qaldırmağa çalışırıq”- deyə, İ.Kərbəlayev bildirib.
İ.Kərbəlayev onu da əlavə etdi ki, gələcəkdə havaların qarlı, şaxtalı keçdiyi dönəmdə də tərəfimizdən bu kimi tədbirlər davam etdiriləcək: “Əhali təbii qazla heç bir çatışmazlıq problemi yaşamasın. Qaz sistemində yay və qış rejimi yoxdur. Əhali tələbata uyğun təbii qazla təmin olunmalıdır və olunur. Gün ərzində bütün Bakı şəhəri üzrə tənzimləmə işləri yekunlaşacaq və əhalinin təbii qazın verilişində heç bir məhdudiyyət olmayacaq”.
Gununsesi.info.