“Azərişıq” sədri Hacıqabulda vətəndaşları qəbul edib

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov martın 10-da saat 10:00-da Hacıqabul şəhərində Hacıqabul və Şirvan rayon vətəndaşlarını qəbul edib.

Gununsesi.info xəbər verir ki, qəbul Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən “Azərişıq” ASC-nin Hacıqabul Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Şəbnəm

Gununsesi.info