“Azərişıq” sosial şəbəkələrdəki iddiaları təkzib etdi

  • By admin
  • 28 Fevral 2021 17:10

“Azərişıq” ASC istehlakçılara bildirir ki, informasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir.
Gununsesi.info bildirir ki, bu barədə “Azərişıq” ASC- nin yaydığı açıqlamada deyilir:
“Bütün abonentlərimiz,  o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatca ödənişlərini apara bilərlər”.

Gununsesi.info