“Azərişıq”da yeni təyinat

  • By admin
  • 18 Sentyabr 2019 10:44

Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə Vidadi Babayev gətirilib.

Qeyd edək ki, Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi indiki təyinata qədər Fərid Daşdəmirli olub.

Gununsesi.org