“Azərişıq”dan borclu abonentlərə xəbərdarlıq

  • By admin
  • 18 Noyabr 2016 11:05

azerisiq

 

“Azərişıq”ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 2016-cı il noyabr ayının 22-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz olaraq və fərdi qaydada dayandırılacaq.

Gununsesi.info xəbər verir ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara  qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun SC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Gununsesi.info