“Azərkosmos”: Azərbaycan peykinin idarəetmə mərkəzlərindən biri Kamerunda fəaliyyət göstərir

  • By admin
  • 27 Noyabr 2019 13:10

“Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2″nin ehtiyat idarəetmə mərkəzlərindən biri Kamerunda fəaliyyət göstərir”.

Gununsesi.org xəbər verir ki, bunu “APA-ya “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov deyib.

Onun sözlərinə görə, bu mərkəz peykin resurslarının bərabər istifadə olunması üçün nəzərdə tutulub.

“Peyk kommersiya fəaliyyətinə başlayarkən ehtiyat idarəetmə mərkəzi artıq funksional idi və hazırda tam gücü ilə istifadə olunur”, – deyə Dunay Bədirxanov qeyd edib.

Xatırladaq ki, “Azerspase-1” peyki daxil olmaqla, Azərbaycana məxsus digər kosmik aparatların resursları həmçinin Bakı-Şamaxı şosesinin 38-ci km-də yerləşən əsas yerüstü peyk idarəetmə mərkəzindən idarə olunur. Bundan başqa ehtiyat yerüstü peyk idarəetmə mərkəzləri Naxçıvanda və Malayziyada yerləşir.

Qeyd edək ki, hazırda Azərbaycanın iki geostasionar (“Azerspace-1” və “Azerspace-2”) və  bir aşağıorbitli (“Azersky”) peykləri mövcuddur.

Gununsesi.org