“Azərreyl” və “Lokomotiv” voleybol klublarının “Çellenc Cup” turnirindəki rəqibləri müəyyənləşdi

  • By admin
  • 15 İyun 2017 22:50

cev

İyunun 14-də Lüksemburqda qadın və kişi voleybol komandaları arasında “Çellenc Cup” turnirinin püşkü atılıb.

Gununsesi.info xəbər verir ki, püşkün nəticəsinə görə, qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Rumıniyanın “Ştiinta” komandası ilə qarşılaşacaq. Komandamız yarışa 1/16 finaldan başlayacaq.

Komandamız Rumıniya təmsilçisi ilə ilk oyununu dekabrın 12-14-də səfərdə keçirəcək. Cavab matçı isə gələn il yanvarın 9-11-də Bakıda olacaq.

Kişi voleybolçular arasında Azərbaycan çempionu “Lokomotiv”in də rəqibi müəyyənləşib. Avrokubokda debüt edəcək Bakı klubu Kiprin “Apoel” komandası ilə üz-üzə gələcək. Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq komandamız ilk oyununu noyabrın 21-23-də paytaxtımızda, ikinci görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.

Gununsesi.info