“Azərsu”: Binəqədinin Gülüstan qəsəbəsinə içməli suyun verilişi bərpa edilib

  • By admin
  • 17 İyun 2020 13:56

Binəqədi rayonunun Gülüstan qəsəbəsinə içməli suyun verilişi bərpa olunub.

Gununsesi.org xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, iyunun 16-sı axşam saatlarından əraziyə içməli su verilib: “Magistral su kəmərində hidravlik rejim pozulduğu üçün həmin ərazidə suyun təzyiqi aşağı düşüb. Oraya Ceyranbatan-Qala xəttindən su birbaşa getdiyi üçün su problemi yaranmışdı. Artıq dünən axşamdan həmin xətdə təzyiq normallaşıb və əraziyə suyun verilişi bərpa edilib”.

A.Cəbrayıllı bildirib ki, “Azərsu” ASC ərazinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görür.

Xatırladaq ki, Binəqədi rayonu, Gülüstan qəsəbəsində bir neçə gün idi içməli su qıtlığı yaranmışdı.

Gununsesi.org