“Azərsu” gücləndirilmiş iş rejiminə keçir

  • By admin
  • 05 İyul 2016 18:06

azersu

 

“Azərsu” ASC Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu haqda Gununsesi.info-ya “Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O bildirib ki, ASC-də növbətçilik rejimi tətbiq edilib.

Bayram günlərində ASC-nin sədr müavinləri, departament müdirləri və şöbə rəisləri səviyyəsində 24 saat iş rejimi tətbiq olacaq. Heç bir planlı fasilə olmayacaq. A.Cəbrayıllı qeyd edib ki, eyni zamanda növbətçilik baş idarəsi, rayon su kanal idarələri, qəza briqadası və zəng mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Su ilə bağlı hər hansı bir problem olduğu halda əhalidən “Azərsu”ya məlumat vermələri xahiş olunur.

 

Gununsesi.info