Laçın, Şuşa və azad olunmuş digər ərazilərdə prezident seçkilərinə hazırlıq başa çatıb.
Gununsesi.info Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib saydıqlarını bildirib: “Xüsusilə çox istərdik ki, ATƏT-in uzunmüddətli missiyası da azad olunan ərazilərdə prosesi izləsin. ATƏT-in vəzifəsi işğaldan azad olunmuş ərazilərdə ciddi müşahidə aparmaq olmalıdır. Çünki bilirsiniz, bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq”.
Gununsesi.info