Azad edilən ərazilərdə yüzminlərlə iş yerinin yaradılacağı gözlənilir.
Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, həmin ərazilərdə sosial infrastrukturun qurulması və oraya qayıdan şəxslərin dayanıqlı məşğulluğu önəmlidir: “Çünki orada bütün infrastruktur tamamilə məhv edilib. Bütün bunlar ölkə qarşısında əhalinin məşğulluqla təmin edilməsi baxımından ciddi çağırışlar qoyur. Hesab edirəm ki, Azərbaycan bütün çağırışların öhdəsindən uğurla gəlir, görülən işlər də buna bariz nümunəsidir”.
Nazirliyin prosesdə yaxından iştirak etdiyinə diqqət çəkən A.Əliyev vurğulayıb ki, azad olunan ərazilərə qayıdan şəxslərlə işin aparılması, məşğulluq imkanlarının qiymətləndirməsi təşkil olunur: “Prioritet ixtisası və peşəsi olanlara, eləcə də məşğulluq tarixçəsi olan şəxslərə üstünlük verilir. Peşə hazırlığı alətinə də önəm verilir. Əmək bazarının öyrənilməsi ilə bağlı mütəmadi fəaliyyət göstəririk. Bu gün cəmiyyətdə peşə təhsilinin nüfuzunun artırılmasına ehtiyac var. Gənclərin bu sahəyə marağı güclənməlidir”.
Gununsesi.info