Azad edilmiş ərazilərə getmək təhlükəlidir – ANAMA-dan XƏBƏRDARLIQ

  • By admin
  • 30 Noyabr 2020 14:36

Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər etməyə tələsməməlidir.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Q.Əhmədov bildirib ki, vətəndaşların doğma torpaqlarına getmələri üçün yaxın zamanlarda şərait yaradılacaq: “Hələki həmin ərazilərə daxil olmamaq xahiş olunur, polis postlarından yayınaraq ara yollarla həmin məntəqələrə getmək təhlükəlidir”.

Gununsesi.info