Azad edilmiş ərazilərə qayıdışa dair proqram hazırlanıb –  Nazir

  • By admin
  • 10 Noyabr 2021 16:02

İqtisadiyyat naziri Mikayıl Cabbarov  işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məsələdən danışıb.

Gununsesi.info-nun məlumatına görə, nazir daimi yaşamaq üçün işğaldan azad edilmiş ərazilərə yerləşdiriləcək vətəndaşların sayı və orada aparılacaq torpaq islahatına toxunub.

O, bununla bağlı Prezident Administrasiyasının da iştirakı ilə müzakirələr aparıldığını bildirib.

M.Cabbarov deyib ki, torpaq islahatı ilə bağlı dəyişikliklərin edilib-edilməyəcəyinə dair yekun rəy yoxdur.

Onun sözlərinə görə, isanların həmin yerlərə qayıtmasına dair proqramlar hazılanıb:

“Həmin ərazilərdə biz torpaq islahatlarına dəyişiklik edə bilərik, ya yox, qərar yoxdur. İşçi müzakirələr Prezident Administrasiyasının da iştirakı ilə həyata keçirilir. Bununla bağlı yekun rəy odur ki, dəyişikliklər olmalıdır. İkinci məsələ isə burada iqtisadi fəallıqla sosial siyasət arasında düzgün balansın tapılması ilə bağlıdır. Burada problemin böyük hissəsi ondan ibarətdir ki, mülkiyyət sənədləri və olmayan sənədlərin müəyyənləşməsi məsələsi də var. Bu problem bu gün diqqət mərkəzindədir”.

Gununsesi.info