
2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9 697 ton ət, 72 091 ton süd istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 551 ton, süd istehsalı isə 5,2% və ya 3 582 ton artıb.
Qeyd edək ki, ən çox ət və süd Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda 2 549 ton ət, 22 458 ton isə süd istehsal olunub.
Azad edilmiş rayonlar | Ət istehsalı, tonla | Süd istehsalı, tonla |
Ağdam | 2 549 | 22 458 |
Füzuli | 1 509 | 14 679 |
Xocalı | 117 | 875 |
Xocavənd | 684 | 1 941 |
Şuşa | 199 | 1 243 |
Cəbrayıl | 1 085 | 4 573 |
Kəlbəcər | 1 951 | 13 366 |
Qubadlı | 115 | 605 |
Laçın | 1 419 | 12 069 |
Zəngilan | 69 | 282 |
Gununsesi.info