“Azad ermənini təpiyinin altına salıb döydü…”

  • By admin
  • 09 Mart 2021 23:14

“2010-cu ildə Azərbaycan milli finalında iştirak edənlər Osloya (Norveç) dəvət olunmuşdu. Aralarında Azad Şabanov da var idi. Dayandığımız yerdə gördük ki, bir erməni gəldi, əlində öz və qondarma ölkələrinin bayrağını yellədirdi. Bunu görən Azad Şabanov ermənini təpiyinin altına salıb döydü. Daha sonra mühafizəçi Azadı və həmin ermənini zaldan çıxardı. Amma daha sonra Şabanovu zala salmağı bacardıq”.

Gununsesi.info  xəbər verir ki, bu sözləri milli nümayəndə heyətinin keçmiş direktoru, aparıcı Hüsniyə Məhərrəmova deyib.

HTML tutorial

O, “12 sual” internet layihəsinin qonağı olarkən bu günədək Ermənistanın müsabiqə zamanı etdiyi təxribatlardan danışıb. Hüsniyə qeyd edib ki,  ermənilərin qayda pozmaqlarına baxmayaraq Avropa Yayım Birliyi (EBU) onlar barəsində heç bir tədbir görməyib:

“Ermənilər dəfələrlə “Eurovision”da təxribat törədiblər. EBU qaydalarını pozurdular, separatçı rejimin bayrağını açırdılar. Bir dəfə biri gözləmə otağında, digəri mətbuat mərkəzində bayraq açmışdı. Biz bu barədə şikayət etmişdik, ancaq ayrıseçkilik var idi, qanuna uyğun addım atmırdılar. Daha sonra Ermənistan komandasının üzvləri bayraqlarını bizim ölkə üzvlərinin üzərində yellədirdilər. Hər zaman təxribat etmək istəyirdilər. Ola bilsin ki, bu təxribatlar bundan sonra çoxalsın”.

Gununsesi.info