Azad olunan digər ərazilərə müntəzəm avtobus xətləri nə vaxt açılacaq? - Rəsmi - VİDEO

  • By admin
  • 25 Yanvar 2022 14:31
Təhlükəsizlik məsələləri tam həll olunduqdan sonra azad olunan digər ərazilərə də avtobus xətləri açılacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov Space TV-də yayımlanan “Yeni Reallıq” verilişində bildirib:
“Etiraf edək ki, əsas önəm verilən məsələ vətəndaşlarımızın təhlükəsizlidir. Reyslərin hazırlanması üçün ANAMA, FHN, Müdafiə nazirliyi və digər aidiyyatı qurumlar fasiləsiz çalışır ki, təhlükəsizlik tam təmin olunsun. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi bu prosesə başlamazdan öncə sınaq avtobus reysləri təşkil etmişdi. Ərazinin reylefi, yolda çıxa biləcək potensial problemlər öncədən təhlil olundu ki, səfər zamanı maksimum təhlükəsizlik təmin olunsun. Sizi əmin edirəm ki, təhlükəsizlik məsələləri tam həll olunduqdan sonra işğaldan azad olunan başqa ərazilərə də müntəzəm xətlər təşlil olunacaq”.
Rəşad Bayramov həmçinin, bugünkü nəticələrə əsasən, Şuşa istiqamətində daha çox aktivlik olduğunu deyib:
“Azərbaycanın mədəniyyət paytaxtına – Şuşaya səfər etmək istəyənlər, ora maraq daha çoxdur. Bunu yəqin onunla izah etmək olar ki, Şuşa qələbəmizin rəmzidir. Həm də Ağdamla müqayisədə Şuşada infrastruktur daha yaxşı vəziyyətdədir. Yollar, iaşə obyektləri və s bu kimi amillər burda rol oynaya bilər”.
Gununsesi.info