
Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova çempion kəməri hədiyyə edib.
Gununsesi.info xəbər verir ki, xüsusi mükafatı WBC-nin Bakıda işinə başlayan 55-ci Konvensiyası zamanı məşhur boksçular – Vitali Kliçko və Evander Holifild təqdim ediblər.
Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən çox qonağın qatıldığı Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.


Gununsesi.info