Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazir Azad Rəhimovun səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.
Gununsesi.info xəbər verir ki, İ.Babayev APA-ya açıqlamasında bildirib ki, Azad Rəhimovun vəziyyəti hazırda yaxşılaşmağa doğru gedir:
“Hər gün nazirlə birbaşa əlaqə saxlayırıq. Bütün lazımi tapşırıqlar verilir. Ümid edirik ki, tezliklə müalicə tam bitəcək və nazir işinin başına dönəcək”.