
“Fırat qalxanı” adlı əməliyyatı çərçivəsində Azad Suriya Ordusuna səhra avtomobilləri göndərilib.
Gununsesi.info “Vatan” qəzetinə istinadən xəbər verir ki, “Fırat qalxanı” əməliyyatını 102-ci günündə Əl-Bab bölgəsi istiqamətində irəliləyən Azad Suriya Ordusuna dəstək məqsədilə TIR-la yüklü “Pikap” səhra avtomobilləri yola salınıb.
Məlumata görə, hazırda Azad Suriya Ordusu Türkiyə Silahlı Qüvvələrinin (TSK) atəş dəstəyi ilə Əl-Bab bölgəsini İŞİD terrorçularından təmizləmək üçün əməliyyata başlayıb.
Anar
Gununsesi.info