Azad Ticarət Zonasının yaradılmasına yönəlmiş xidmətlərin göstərilməsinə dair müqavilə imzalandı

  • By admin
  • 07 Sentyabr 2016 12:48

AZAD

Sentyabrın 7-də Ələt qəsəbəsində Azad Ticarət Zonasının yaradılmasına yönəlmiş məsləhətçi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb.

Gununsesi.info xəbər verir ki, müqaviləni Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov imzalayıblar.

Gununsesi.info