Azadlığa buraxılan milyarder şahzadə yenidən öz işinə dönüb

  • By admin
  • 02 Fevral 2018 10:44

Ötən il Səudiyyə Ərəbistanında həbs edilən milyarder şahzadə Əl-Valid ibn Talal Kingdom Holding investisiya şirkətində prezident qismində yenidən vəzifəsinə başlayıb.

Gununsesi.info “reuters”ə istinadən xəbər verir ki, milyarder şahzadə Valid 2017-ci ilin noyabr ayında Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə adı altında keçirilən əməliyyat zamanı həbs edilib və 3 aylıq həbsdən sonra yanvarın 27-də azadlığa buraxılıb.

Qeyd edək ki, Səudiyyə vəliəhdi Mühəmməd bin-Salmanın rəhbərliyi altında keçirilən əməliyyat zamanı onunla yanaşı, onlarla şahzadə, nazir, məmurlar və iş adamları həbs edilib.

Həbs edilən şəxslərin əksəriyyəti hakimiyyətlə aparılan danışıqlar nəticəsində pul kompensasiyasından sonra azad edilib.

Gununsesi.info