Azadlıq ədəbsizlik demək deyil, azadlığın da ədəb çərçivələri olmalıdır - YAY OLİMPİYA OYUNLARINA AZƏRBAYCANDAN BAXIŞ

Fransanın paytaxtı Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi  hələ də dünya gündəmindən düşmür.

Qeyd edək ki, 206 ölkədən 15  min idmançının iştirak etdiyi açılış mərasimi 300 minə yaxın tamaşaçı izləyib.

Artıq bir neçə gündür ki, Parisdə Olimpiadanın yağışlı açılış mərasiminin yaratdığı “tufan” səngimir. Çoxlarının Leonardo da Vinçinin İsa Məsih və onun 12 həvarisinin çarmıxa çəkilmədən əvvəl sonuncu yemək zamanı təsvir etdiyi məşhur “Son şam yeməyi” tablosunun parodiyası kimi qiymətləndirdiyi mərasimdən bir fraqment dünyada qarışıq reaksiyalara səbəb olub.

Açılışdan bir neçə gün keçməsinə baxmayaraq, dünya mediası qalmaqala səbəb olan bu mövzunu gündəmdən salmır.

Qeyd edək ki, Fransa hökuməti baş verənləri ölkənin “inklüzivliyi və azadlığı bayram etdiyini” söyləməklə əsaslandırmağa çalışıb.

Təşkilatçılar şounu hazırlayan komandanın ideyasının səhv başa düşüldüyünü və əslində “Son şam yeməyi”nin parodiyasının olmadığını, qədim tanrıların, o cümlədən, yunan tanrısı Dionisin süfrə arxasında əyləşdiyini bildiriblər.

Fransa yepiskopluğu da açılış mərasimini qınayıb, onun bəzi səhnələrini “məsxərə” və xristianlara qarşı təhqir hesab edib.

Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi inanclı insanlar, xüsusən də xristianlar arasında böyük təşviş yaradıb.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev Gununsesi.info-ya açıqlamasında bildirib ki, nəinki dünyada yaşayan bütün xristianlar kimi, Azərbaycanda yaşayan xristianlar da, xüsusilə də katoliklər bu vəziyyətdən çox məyus olub: Olimpiya oyunları özü həmrəylik rəmzidir. İnsanları birləşdirməlidir. Olimpiya oyunları zamanı hətta müharibələr belə dayanardı. Bələ bir mötəbər beynəlxalq tədbirdə dindarların hisslərini heçə saymaq xoşagəlməyən haldır. . Bu vəziyyət tək xristianların yox, eyni zamanda bu müsəlmanlara da toxulub. Çünki, İslamda İsa Məsihin şəxsiyyətinə böyük hörmət var. Bu dərəcədə bunu görməməzlikdən gəlmək, hörmətsizlik göstərmək, heçə saymaq çox mənfi bir haldır”.

Toral Ağayevə görə, bu vəziyyətin təxribat olub – olmadığı qaranlıqdır: ” Təəssüf ki, bu barədə heç nə deyə bilmirik. Bütün bunları o insanların, təşkilatçıların və həmin səhnənin rejissorlarının vicdanına bıraxırıq. Amma bir məsələ var. Biz inanclı insanlarıq və xristianlıqda da belə dərin bir iman var. Allah istənilən şəri və insanların etdiyi səhfi belə lütfə, xeyrə çevirə bilər. Katolik Kilsəsinin nümayəndəsi kimi mənim üçün və Azərbaycanda yaşayan xristianlar üçün çox xoşdur ki, bu məsələdə bizimlə bərabər neçə müsəlman bacı-qardaşlar, hətta yəhudilər, ümumiyyətlə xoş məramlı insanlar,  fərqli düşüncələrə sahib olan insanlar bizə həmrəy oldu. Bizim qəzəbimizədə və etirazımıza biganə qalmadılar”.

T.Ağayev hesab edir ki,  bu vəziyyət təxribat və ya hansısa pis niyyətlə olmuş olunsa belə  onlar buna nail ola bilmədilər: Əksinə, müqəddəs dəyərləri yüksək tutan insanlar daha həmrəy oldu. Nəticə budur və bir pis nəticə gözlənirdisə biz görürük ki, Allah və onun lütfü ilə əməkdaşlıq edən  xoş məramlı insanlar, əksinə, daha da həmrəy oldu, daha da birləşdi. Biz şəxsi azadlıqları yüksək tuturuq. Bu, sivilizasiyanın  göstəricilərindən biridir. Sivil cəmiyyətdə insanlar azad olmalıdır. Amma azadlıq ədəbsizlik demək deyil, azadlığın da bir müəyyən ədəb çərçivələri olmalıdır. Təşkilatçılar sonradan katolik kütləsindən, ümumiyyətlə, xristianlardan və digər dinlərin nümayəndələrindən üzr istədilər. Onların fikirlərində bildirilib ki, biz sadəcə bütün insanlara qarşı inkluzivlik göstərmək istədik. Yəni, hamını qəbul edirik. Biz onların bu niyyətinə bir şərh vermək istəməzdik. Amma söhbət hamını qəbul etməkdən gedirsə, niyə onda 1 milyarddan çox xristiyanların dini hissləri, dini dəyərləri nəzərə alınmadan bu hərəkət edildi? Əgər söhbət insan haqlarından, hamını qəbul etməkdən gedirsə, nədənsə dindarlar çox vaxt bu qəbul etmə kampaniyaların, qəbul etmə tədbirlərin kənarında qalır”. 

 

Sözügedən mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov isə məsələni belə şərh edib: Bildiyimiz kimi bu məsələ bir neçə gündür çox ciddi şəkildə müzakirə olunur. Fransanın İslama olan münasibəti hər kəsə aydındır. Dəfələrlə Fransanın İslama, Məhəmməd Peyğəmbərə (s) qarşı biz təhqirlərin şahidi olmuşuq. Davamlı olaraq bu cür təhqirləri görmüşük. Amma artıq təəssüf ki, görünür yalnız İslam dəyərləri, İslam ənəlləri deyil, eyni zamanda xristianlıq da təhqir olunur və gözdən salınır. Ümumiyyətlə, tədbirin bu formada olması, yəni İsa Peyğəmbərinin keçmişdə müqəddəs kitablarda əksini tapan formada öz həvariləri ilə ətrafındakı, insanlarla görüşünün bu dəfə fərqli bir formada təqdim olunması, həqiqətən bu bütövlükdə insanlığa qarşı, bütün dinlərə qarşı hörmətsizlikdir. İsa Peyğəmbər Allahın Peyğəmbəridir. O, xristianlıqda da, yahudilikdə də, İslamda da adı hörmətlə alınan bir insandır. Yəni, Fransanın bunu etməkdə nə istədiyini anlamaq çox çətindir. Bütün dəyərlər təhqir olunur. Çox təəssüf ki, Fransanın bu tədbiri, oyunları, bir parada çevirməyə çalışdığından irəli gəlir. Dilə gətirmək çox çətin də olsa amma təəssüf ki, eyni cinsdən olan insanların nikahının təşviqi, elə düşünən insanların bir araya gəlməsi və onların bu olimpiya oyunlarının bir simvoluna çevrilmə cəhdləri  həqiqətən anlaşılan və qəbul edilən deyil. Yəni, bugün bu bütün bəşəriyyətə qarşı, bütün insanlığa qarşı bir hörmətsizlikdir. Burada biz dinlərə qarşı, fransızların özlərinin məsub olduğu xristianlığa qarşı bir sayğısız, hörmətsiz münasibəti gördük”.

Deputat deyir ki, Fransanın onun rəhbərliyinin nümunəsində qeyri-ənənəvi nikahları təşviq etdiyinin və eyni zamanda Allah- Təalanın da müəyyənləşdirdiyi yoldan kənara çıxaraq bu cür əməllərin təşviq etdiyinin şahidiyik: “Hesab edirəm ki, bütün dünya, bütün dinlər bu məsələyə ciddi bir reaksiya verməlidir. Yəni, bu günə kimi dünyanın bir çox ölkələrində olimpiya oyunları keçirilmişdir. Amma heç bir ölkədə bu qədər rəzil, bu qədər səviyyəsiz və biyabırçı heç bir oyun keçirilməmişdir. Ona görə də bu məsələyə çox ciddi reaksiyalar olmalıdır. İllər öncə İslama qarşı bu təhqirlər ediləndə biz deyirdik ki, bu yanlışdır, bunu insan hüquq və azadlıqları ilə əlaqələndirməyin. Buna heç bir digər dinin nümayəndələri reaksiyaya vermirdilər.  Amma artıq fransızlar bununla kifayətlənməyib,  öz dinlərinə qarşı da bu sayqısız münasibəti göstərirlər.  Fransanın bu oyunları LGBT paradına çevirməsi və bunu bir açıq şəkildə etməsi həqiqətən qəbul edilməzdir. Hesab edirəm ki, eyni zamanda Fransa cəzalandırılmalıdır. Bəzən Azərbaycan Fransa ilə bağlı mövqeyini açıqlayanda sual verirlər ki, Azərbaycan nə üçün bu addım atır? Yəni, bu da onu göstərir ki, həqiqətən Fransanın baş bilənləri, siyasətçiləri Fransanı yanlış yola aparırlar. Dünya tarixində nüfuzu olan Fransanı da uçuruma və hörmətdən salmağa doğru çox belə yüksək formada aparırlar”.

2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir çox dünya ölkələrindən, rəsmilərindən sərt reaksiyalar gəlsə də Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskinin hələ ki heç bir reaksiyası gəlməməsinə münasibət bildirən Ceyhun Məmmədov isə deyir ki, Roma Katoli Kilsəsi də buna sərt reaksiya verməlidir.

Onun fikrincə Fransa ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində çox ciddi bəyanatlar qəbul edilməli, iradlar bildirilməlidir: “Dünyanın hər yerində, hər məsələyə münasibət bildirən Roma katolik Kilsəsinin bu məsələyə də seyirçi qalması qəbul edilməzdir. Hesab edirəm, dünyadakı bütün xristiyan təşkilatları, onların mərkəzləri bu məsələyə münasibət bildirməlidir. Fransa bu dəfə əslində nüfuzunu daha da aşağı saldı. Yəni, biz ümumi olimpiyada tarixinə baxanda bu qədər rəzil bir oyunların keçirildiyini görmürük.  Yemək çatışmamazlığı var, ərzaqla bağlı, şəraitlə bağlı məsələlər var. Makronun Fransanın rəhbərliyinə gəlməsi və Fransanın prezident olması, bu gün Fransanı çox təəssüf ki, dünyanın ən uğursuz siyasəti həyata keçirən, dinlərə qarşı ən hörmətsiz münasibət bəsləyən bir dövlətinə çevrilib. Bu gün Fransa Afrikadan qovulur, bu gün ərəb ölkələri Fransaya öz münasibətlərini ortaya qoyurlar. Bizim bölgəmizə Fransanın müdaxilə cəhdləri Azərbaycan tərəfindən alınır. Hesab edirəm ki, Fransa bu dəfə onun üçün də bərbat olan imici növbəti dəfə də çox aşağı səviyyə düşdü və növbət dəfə Fransaya özünün bu əməlləri ilə biyabr etdi”.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info