Azadlıqdan məhrum edilənlərin sayı artıb - AZƏRBAYCANDA

  • By admin
  • 16 Sentyabr 2016 11:18

hebsxana

Azərbaycanda ötən il 7830 nəfər azadlıqdan məhrum edilib ki, onlardan 4-ü ömürlük cəza alıb.

Gununsesi.info Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, azadlıqdan məhrum edilənlər arasında 2 il cəza alanlar (3510) üstünlük təşkil edib.

10-15 il müddətinə azadlıqdan məhrum edilənlərin sayı 455 nəfər olub.

2010-cu illə müqayisədə ömürlük həbs edlənlərin sayında azalma qeydə alınsa da, ümumi məhkum edilənlərin sayında artım olub.

Belə ki, 2010-cu ildə 6409 nəfər məhkum edilib, onlardan 15 nəfərinə ömürlük cəza verilib. Həmin vaxt iki il azadlıqdan məhrum edilənlərin sayı 2516, 10 ildən 15 ilə qədər azadlıqdan məhrum edilənlərin sayı isə 381 nəfər olub.