“Azadlıq”ın işçiləri redaksiyaya buraxılmadı

“Azadlıq”ın işçiləri redaksiyaya buraxılmadı

azadliq_qezeti

 

Bu gün “Azadlıq” qəzetinin kollektivi redaksiyanın yerləşdiyi “Azərbaycan” Nəşriyyatına saat 14.00-a qədər buraxılmayıb.
Gununsesi.info adıçəkilən qəzetin saytına istinadən xəbər verir ki, həmişəki vaxtda işə gələn kollektivə Nəşriyyatın mühafizə xidməti redaksiyaya qalxmağa icazə verməyib. Bildirilib ki, bu barədə Nəşriyyat rəhbərliyinin göstərişi var.

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev nəşriyyat rəhbərliyi ilə danışandan sonra kollektivin binaya saat 14.00-dan sonra daxil olmasına razılıq verilib. Lakin bunun səbəbi barədə heç bir izahat verilməyib.

Qəzetin rəhbərliyi məsələni nəşriyyatın rəhbəri ilə görüşüb aydınlaşdırmağa çalışacaq.

 

Gununsesi.info

COMMENTS