“Azadlıq”ın yayım direktoru yenə həbsdə qaldı

  • By admin
  • 11 Noyabr 2016 18:24

faiq

Nəsimi rayon məhkəməsində Faiq Əmirlinin həbs müddətinin uzadılması ilə bağlı Prokrorluğun təqdimatına baxılıb.

Gununsesi.info xəbər verir ki, Babək Pənahovun sədrliyi ilə keçən prosesdə həbs qətimkan tədbiri 2017-ci ilin yanvarın 12-nə kimi uzadılıb. Vəkil Aqil Layicov məhkəmənin belə qərarlar qəbul etməsini gözlənilən hesab edib. “Adətən Prokrorluğun belə təqdimatları məhkəmələr tərəfindən qeyd şərtsiz yerinə yetirilir”,-deyə vəkil bildirib. Qərardan apellyasiya şikayəti veriləcək.

Gununsesi.info