AZAL 1 milyarda təyyarə alır

  • By admin
  • 21 İyul 2022 11:48

“Azərbaycan Hava Yolları” Mətbuat xidmətinin məlumatına əsasən AZAL aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni “Boeing 787-8 Dreamliner” avialayneri ilə genişləndirəcək.

Gununsesi.info bildirir ki, AZAL-ın prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes” şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar. Sənədin imzalanması Farnboroda keçirilən məşhur Aviasiya şousu (“Farnborough International Airshow” – Böyük Britaniya) çərçivəsində baş tutub.

Qeyd edilən növ hava gəmilərinin 2025 – 2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, təyyarələrin toplam qiyməti 1 milyard manata yaxın edir.

Afət Abbasova
Gununsesi.info