
Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) iyun ayından etibarən Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu haqda AZAL məlumat yayıb.
Bildirilib ki, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də həyata keçiriləcək. İlkin olaraq, uçuşlar həftədə bir dəfə – cümə axşamı yerinə yetiriləcək. İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə olunacaq.
Gununsesi.info