“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tehran-Bakı təyyarə reyslərini bərpa edir.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bildirib.
Səfirin sözlərinə görə, reyslər sentyabrın 6-dan bərpa olunacaq.












