AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır

  • By admin
  • 17 Aprel 2017 14:18
AZAL1
“Azərbaycan Hava Yolları” cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.
Bu barədə Gununsesi.info-ya AZAL mətbuat xidmətindən məlumat verilib.
Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.
Ciddəyə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu Airbus A320 laynerləri ilə yerinə yetiriləcək.
Regionda  unikal  hesab ediləcək  Ciddəyə birbaşa reyslər “Azərbaycan Hava Yollarının” digər reysləri ilə rahat calanacaq. Bu, nüfuzlu britaniya agentliyi  “Skytrax”in qiymətləndirməsinə əsasən postsovet məkanında  ən yaxşı hava limanı adlandırılmış Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən rahat tranzit uçuşlar planlaşdırmaq imkanı verəcək. Aviabilet  almaq istəyənlər AZAL-a müraciət edə bilər.
Mürtəza
Gununsesi.info