“AZAL” bu il ixracdan gəlirlərini ARTIRDI

  • By admin
  • 01 Dekabr 2022 11:59

2022-ci ilin ilk 10 ayında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ixrac gəlirləri 7 milyon dollar təşkil edib.

Gununsesi.info Banker.az-a istinadla xəbər verir ki, bu barədə “İxrac icmalı”nın noyabr sayında bildirilir. “AZAL”ın ixracdan gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 999 min 900 dollar və ya 15% çoxdur.

Ötən ilin eyni dövründə “AZAL” 6.1 milyon dollarlıq məhsul ixrac edib.

Gununsesi.info