Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı və Vyana arasında reyslər üçün yeni endirim aksiyasına başlayıb.
Gununsesi.info xəbər verir ki, aksiya çərçivəsində aviabiletlərin qiyməti Bakı-Vyana-Bakı marşrutu üzrə 555 manatdan, Vyana-Bakı-Vyana marşrutu üzrə isə 299 avrodan başlayır, şirkətin mətbuat xidməti bildirib.
Aviabiletləri 15-21 dekabr 2023-cü il tarixləri arasında əldə etmək mümkündür. Aksiya aviaşirkətin 16 yanvar–11 iyun 2024-cü il tarixlərində (yüksək tələbat dövrü istisna olmaqla) həyata keçiriləcək reyslərinə şamil olunur.
Bakı və Vyana arasında reyslər həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri həyata keçirilir.
Gununsesi.info