Azal daha bir yük təyarəsi aldı

  • By admin
  • 29 Avqust 2016 17:40
yuk
Azərbaycan daha bir Boeing 747-8F yük  təyyarəsi aldı.
Bu barədə Gununsesi.info-ya   Silk Way Airlines şirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycanın milli yük aviadaşıyıcısı Silk Way Airlines şirkəti daha bir yeni Boeing 747-8F təyyarəsi alıb. 
Bu aviaşirkət tərəfindən istismar olunacaq artıq səkkizinci Boeing tipli və dördüncü Boeing 747-8F təyyarəsidir. Yeni təyyarənin tədarükü aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək. 
Azərbaycanın paytaxtından Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm reyslərlə yanaşı, Çikaqo və Dakkaya yeni reyslərin açılması planlaşdırılır. 
Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı yük aviadaşımalarının böyük nəqliyyat qovşağına çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanınıb. 
Yükdaşıma bazarında özünü çox yaxşı sübut edən yeni geniş füzelyajlı uzaq magistrallı Boeing 747-8F təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.
Gununsesi.info