AZAL-dan 20 faiz endirim

  • By admin
  • 31 Avqust 2016 10:52

AZAL1

AZAL yeni payız aksiyası çərçivəsində 20 faiz endirim elan edir.
Bu barədə Gununsesi.info-ya  AZAl-ın mətbuat xidmətindən verilib.
Məlumatda bildirilir ki,  “Azərbaycan Hava Yolları” (AZAL) Qurban bayramına həsr olunmuş yeni payız aksiyasının başlaması barədə elan edir.
Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə 2016-cı il sentyabrın 5-dən 30-a kimi hər iki istiqamətə aviabilet alarkən 20 faiz endirim tətbiq ediləcək: London, Milan, Berlin, Paris, Praqa və Nyu-York. Uçuş dövrü: 15 sentyabr – 10 dekabr, 2016-cı il. Bundan başqa, Bakı-Tel-Əviv-Bakı istiqaməti üzrə uçuş dövrü sentyabrın 15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə 20 faiz endirim tətbiq edilir.
Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün, aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.
Gununsesi.info