AZAL-ın “Fürsət soyğunçuluğu” - CAHANGİR ƏSGƏROV BAYRAMQABAĞI BİLETLƏRİ 2-3 DƏFƏ ARTIRIB

  • By admin
  • 15 Mart 2018 16:08
Novruz bayramı yaxınlaşdıqca  xarici ölkələrdə yaşayan soydaşlarımızın bir qismi  bayramı qeyd etmək məqsədilə Azərbaycana gəlsə də, digər qismi bahar tətilini daha mənalı keçirmək üçün xarici ölkələrə üz tutur.
Bundan əlavə Novruz bayramı ərəfəsində bir sıra xarici ölkələrdən Azərbaycana turist kimi gəlib, burada istirahət edib, adət-ənənələri ilə tanış olmaq istəyir.
Lakin  istər öz doğma Vətənlərinə gəlmək, istərsə də xaricdə istirahət etmək istəyən  soydaşlarımız, eləcə də xarici turistlər bir sıra problemlərlə üzləşirlər. Bunun da əsas səbəblərindən biri AZAL-ın bilet satışını müşkülə çevirməsidir. Belə ki, AZAL hər zaman olduğu kimi xüsusən də  Yeni il və Novruz bayramı ərəfələrində  süni bilet defisiti yaradır. Sonra da  çarəsiz vəziyyətdə qalan müştəriyə bu biletləri  qiymətindən qat-qat baha satır. Hələ Yeni il bayramı ərəfəsində Moskvadan Azərbaycana gəlmək istəyən bir neçə soydaşımız Gununsesi.info-ya müraciət edərək belə bir problemlə üzləşdiklərindən şikayətlənmişdilər.
Artıq belə bir halın Novruz bayramı ərəfəsində də yaşandığı bildirlir. Adamlar nə ölkədən getməyə, nə də gəlməyə bilet tapa bilmirlər. Satışda olanlar da həddindən ziyadə bahadır. İstanbul-Bakı reysi üzrə biletlər artıq 700-800 AZN, Moskva-Bakı reysi üzrə isə 600 hətta 700 manat civarında satılır. 
Gununsesi.info-ya daxil olan məlumatlara görə, belə hallar təkcə bu iki şəhərlə yekunlaşmır. Ümumiyyətlə, hansı reys üzrə Azərbaycan və Azərbaycandan daha çox müştəri uçursa, həmin reyslər üzrə biletləri tapmaq müşkülə çevrilir. Bunun isə süni surətdə  yaradıldığı bildirlir. Kökündə isə  biletləri müştərilərə  qiymətin qat-qat bahasına satıb yaxşı gəlir əldə etmək niyyəti durur.
Gununsesi.info