AZAL-dan xəbərdarlıq  — Bu reyslər gecikir

  • By admin
  • 27 May 2018 21:17

AZAL-dan xəbərdarlıq

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-122 Gəncə (VKO) – Sankt-Peterburq (LED), həmçinin həmin təyyarə ilə yerinə yetirilməsi planlaşdırılan J2-020 Sankt-Peterburq – Bakı reysi gecikir.

Gununsesi.info “Ölkə.Az”a istinadən bildirir ki, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, aviareysin gecikməsi hava gəmisinin texniki nasazlığı ilə əlaqədardır.

“Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq. Yaranan narahatlığa görə üzr istəyirik”, – deyə məlumatda vurğulanıb.