AZAL-ın Budapeşt-Bakı istiqaməti üzrə çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıtdı

  • By admin
  • 19 Mart 2020 10:45

Martın 19-na keçən gecə AZAL aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.

Şirkətdən Gununsesi.org-a verilən məlumata görə, bu, Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir.

Ötən gün isə Romadan Bakıya 161 sərnişin gətirilib.

Həmçinin, martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.

AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 Azərbaycan vətəndaşı gətirilib.

Gununsesi.org