AZAL aviareyslərə qeydiyyat qaydalarını dəyişdi - UÇUŞA 1 SAAT QALMIŞ BİLET SATILMAYACAQ

  • By admin
  • 05 Yanvar 2018 13:36

2018-ci il yanvarın 15-dən etibarən “Azərbaycan HavaYolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

AZAL-dan Gununsesi.info-ya verilən məlumata görə, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

Məlumata görə, AZAL sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edir: “Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu “Baggage Dropoff” ekspress-masasında təhvil verə bilərlər”.

Mürtəza Bünyadlı

Gununsesi.info