AZAL-ın işçisi ANS-in keçmiş əməkdaşının üstünə qaynar su tökdü - FOTO

  • By admin
  • 13 Noyabr 2017 10:42

“O boyda təyyarədə yanıq üçün bir maz tapılmadı”.

Gununsesi.info xəbər verir ki, bu sözləri fəaliyyəti dayandırılmış ANS-in əməkdaşı Tünzalə Rafiqqızı sosial şəbəkədə yazıb.

Jurnalist bildirib ki, AZAL-ın təyyarəsi ilə İstanbula gedən zaman başına iş gəlib. Belə ki, stüardessanın əlindəki qaynar çaydan üstünə dağılıb:

“Qaynar su üstümə dağıldı. O boyda təyyarədə yarama vurmağa bir dərman tapılmadı. Axırda bir sərnişin oteldən götürdüyü balaca diş pastasını verdi, onu çəkdik. Bu da milyonluq təyyarəmizdə lüks xidmət”.

Gununsesi.info