AZAL-ın Türkiyəyə reysləri ləvğ olundu

  • By admin
  • 16 İyul 2016 09:31

azal

 

Azərbaycandan Türkiyəyə aviareyslərin yerinə yetirilməsi hələ ki, bərpa olunmayıb. Bu gün səhər İstanbul və Ankaraya nəzərdə tutulan reyslər ləvğ edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarına olan üç reys ləvğ edilib: “Onlarından ikisi İstanbula, biri isə Ankaraya aviareys yerinə yetirməli idi. Hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, hazırda Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar olaraq Atatürk hava limanında uçuşlar dayandırılıb.

 

Gununsesi.info