Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC İrana və İrandan dan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir.
Gununsesi.org AZAL-a istinadən xəbər verir ki, sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə 24 saat işləyən çağrı mərkəzi – callcenter@azal.az ilə əlaqə saxlaya bilər.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmiş, bu istiqamətdə əlavə tədbirlər görmüşdür.