AZAL Samsung Galaxy Note 7 smartfonu ilə səyahət edən sərnişinlərə xəbərdarlıq edir.
Bu barədə Gununsesi.info-ya AZAL mətbuat xidmətindən məlumat verilib.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən “Azərbaycan Hava Yolları” sərnişinlərdən uçuş zamanı Samsung Galaxy Note 7 smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.
Bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.
Məhdudiyyətlər Samsung Galaxy Note 7 smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə Samsung şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.
Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.
Gununsesi.info