AZAL uçuşları nə zaman bərpa edəcək?

  • By arzu
  • 25 May 2020 13:19

Mayın 25-dən Qazaxıstanın bütün hava limanları daxili uçuşlar üçün açılıb.

 

Bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər. Məlumata əsasən, şəhərlər arasındakı uçuşların sayı müştərilərin istəkləri nəzərə alınaraq aviaşirkətlərlər tərəfindən təyin ediləcək.

Maraqlıdır, bəs “Azərbaycan Hava Yolları” QSC uçuşları nə vaxt bərpa etməyi düşünür?

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumata görə, Naziler Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirlər:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik. Əlavə bir söz deyə bilmərik. Hazırda sərhədlər bağlıdır”.

Gununsesi.org